Əsədovların gəlini törətdiyi əməldən necə azad edildi? -
31.01.2024-cü il tarixində həbs edilən Əsədova Atlas Mamay qızı 01.02.2024cü il tarixində 48 saat saxlama müddəti bitmədən buraxılıb. Hazırda əldə etdiyimiz məlumata görə, Atlas Əsədova Nəsimi rayon Polis İdarəsindən izahatları dəyişdirilərək evə buraxılmışdır.
Dünən barəsində 48 saat həbs verilən şəxsin verilən qərarın müddəti bitmədən azadlığa buraxılması nə ilə tənzimlənməkdədir?
Atlas Əsədova zərərçəkmişlərin zərərin tam şəkildə ödəmədiyi halda hansı hallarla buraxılması qərarı qəbul edilib deyə suallar yaratmaqdadır. Lakin bütün bunlarıda bir kənara qoysaq hazırda ittihamda qeyd edilən saxta qızıl dövriyəsi yaradan Atlas Əsədovanın daha haralarda saxta qızılardan istifadə edib etmədiyi bilinmədən sərbəst qalması ciddi problemlərin yaranacağına gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham edilən barəsində yetəri qədər subut və dəlilərin toplandığı A.Əsədova kimləri və ya nəyin xətrinə buraxıldığıda bir müəmadır. Hələ azadlığa buraxılmasından on dəqiqə keçməmiş eyni havada eyni ampulada danışıqları davam etdirməsi ilə bağlı məlumatlar daxil olub. Şəxs yaxınlarına Polis onsuda məni tuta bilməzdi deyə hava atmalarından geri qalmayıb.
Bakunews.az olaraq verdiyimiz Anonsların araşdırmasını bitirib bütün məlumatları oxuculara çatıracağıq. A.Əsədovanın Abşeron İcra hakimiyyəti yaxınlığında lombard işlətməsi həmin Lombardda hansı oyunların oynanılması məlumatlarıda məlumat bazasına daxildir.
Növbəti yazımızda Atlas Əsədovanın iş birliyində ittiham edilən Xudaverdiyev Rasim barəsindədə dərin məlumatlar dərc ediləcəkdir.