azia.az
azia.az

Ordu haqqında feyk məlumat yayanlar barədə bu tədbir görüləcək

20-02-2024, 08:58

Rusiya Dövlət Duması Silahlı Qüvvələr haqqında feyk məlumatlar yaymağa görə əmlakın müsadirə edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda qəbul edib.

 

Bu barədə qərar dumanın bu gün keçirilən plenar iclasında qəbul olunub.

 

Rusiya ordusuna aid feyk məlumatlar yaymağa görə əmlakın müsadirəsi haqqında qanun layihəsi Rusiya Federasiyasının müdafiə qabiliyyətini, təhlükəsizliyini və konstitusiya quruluşunu qorumaq məqsədi daşıyır.

 

Qeyd edək ki, qanun layihəsinin müəllifləri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, spikerin müavini İrina Yarovaya, “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev, Kommunist Partiyası fraksiyasının rəhbəri Gennadi Züqanov, “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov, LDPR fraksiyasının rəhbəri Leonid Slutski, təhlükəsizlik və mədəniyyət komitələrinin rəhbərləri Vasili Piskarev və Yelena Yampolskaya, eləcə də digər deputatlardır.

 

APA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi