azia.az
azia.az

Hər evdə olan TƏBİİ MÖCÜZƏ: “Gündə üç stəkan içən cavan qalır” – FOTO

28-01-2024, 18:39

“Qocalmanı yavaşlatmaq üçün gündə üç stəkan çay içmək lazımdır”. Publika.az xəbər verir ki, bunu endokrinoloq Zuxra Pavlova bildirib. 

Tibb elmləri doktoru gəncliyi uzatmağın sadə yolunu açıqlayıb.

Həkimin sözlərinə görə, çinli alimlər çaydan müntəzəm istifadənin qocalmanı ləngidə biləcəyini müəyyən ediblər:

“Onların təcrübəsində Çin və Böyük Britaniyanın 14 min sakini iştirak edib. Araşdırma zamanı respondentlərdən hansı çayı sevdikləri və nə qədər içdikləri soruşulub.

Sonra eksperiment iştirakçıları bioloji yaş da daxil olmaqla, fizioloji göstəricilərini qeyd edərək iki il ərzində müşahidə ediliblər.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, altı-yeddi qram çay yarpağı ilə gündə üç stəkan çay içmək orqanizmi cavanlaşdıra bilər”.

Araşdırma müəlliflərinin fikrincə, çayın tərkibindəki aktiv birləşmələr və maddələr gəncliyi uzadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi