Azərbaycanın daha 4 cüdoçusu Qran-pridə mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 4 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
"Report"un məlumatına, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
73 kq.
Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov - Reda Seddouki (Fransa)
81 kq.
Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Zelim Tçkayev - Xorxe Peres (Çili) / Aurelien Bonferroni (İsveçrə) cütünün qalibi
Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər, digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.