Pişik parazitləri şizofreniya yaradır?-XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, elm adamları pişiklərdən toksoplazmaya yoluxmuş insanların şizofreniya xəstəliyinə tutulma riski altında olduğunu bildiriblər.
32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, aparıcı ekspert, Rospotrebnadzorun FBUN Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun Molekulyar Diaqnostika Mərkəzinin tibb müəssisələrinin elmi və informasiya dəstəyi qrupunun rəhbəri Mixail Lebedevin sözlərinə görə, iddia edilən pişik paraziti toksoplazmasının insanlarda şizofreniya xəstəliyinin inkişaf riskini artırdığı barədə kifayət qədər sübut bazası yoxdur.
Rusiyalı alim bildirib ki, digər amillərlə müqayisədə bu parazitin təsiri minimaldır. Lebedev hesab edir ki, xəstəliyin toksoplazma ilə əlaqəsindən bəhs edən elmi iş bir dəfə toplanmış məlumatlardır, lakin bu, səbəb-nəticə əlaqəsini göstərmir.
Ayxan