azia.az
azia.az

Slovakiya Rusiya və Belarusla əməkdaşlığı bərpa edir

21-01-2024, 09:47

Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya Federasiyası və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib.

 

Xəbər verilir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb.



Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah edib.

 

Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi