azia.az
azia.az

Qadınlar niyə XƏYANƏT edir?

24-01-2024, 09:00

Ailəli şəxslərin həyat yoldaşlarına xəyanət etməsi üçün Fransada yaradılan, 22 ölkədə istifadə olunan, məşhur sayt "Gleeden" qadın xəyanəti barədə araşdırma aparıb.

Xəbər verilir ki, araşdırmaların nəticələri təəccübləndirib.

8053 qadın sorğuda iştirak edib. Araşdırmanın nəticəsinə görə sorğuda iştirak edənlərin 71 faizi xəyanətə səbəb kimi ərlərinin xoruldamasını göstərib. Onlar bildirib ki, xoruldamaq narahatlıq yaradır.

Başqa bir araşdırmaya görə qadınların 74 faizi ərlərindən simic olduqlarına görə soyuyurlar.

Növbəti araşdırmada isə qadınların 77 faizi əzələsi olan kişilərdənsə, ağıllı kişiləri üstün tutublar. Hətta, çoxu, qarın əzələsi olan kişiləri rədd edib, ağıllı kişiləri seçiblər.

Emin

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi