Hacı İbrahim Nehrəmli mebel sexindəki partlayışını səbəbini açıqladı
Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahiblərindən biri, Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli açıqlama verib.
Hacı İbrahim Qaynarinfo-ya açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib:
Hacı İbrahim hadisənin baş verməsinin səbəbini də açıqlayıb:
Qeyd edək ki, bundan əvvəl Qaynarinfo sözügedən mebel sexinin Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olması barədə eksklüziv məlumat yayıb. Belə ki, Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodu “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmlidir.
Xatırladaq ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.