Partlayışın şok TƏFƏRRÜATI
Sumqayıt şəhər Yəhya Məmmədov küçəsində yerləşən yataqxanada baş verən partlayışın bəzi təfərrüatları məlum olub.
Partlayış baş verən evin sahibinin qonşusu Zenfira Həziyeva “Report”un yerli bürosuna məlumat verib ki, qonşusu Ceyhun Paşayev həyətdə kanalizasiya çəkirmiş. Nəticədə sızan qaz kanalizasiya xətti ilə evə dolub və partlayış baş verib:
“Qapı qonşumuzdur. Elə partlayış olan kimi qapı üstümə gəldi. Evə qaçmaq istəyəndə gördüm ki, pəncərə də oradan qırıldı”.
Mətanət Qazıyeva isə hadisəni belə xatırlayır: “Evdə oturmuşdum. Uşaqlar nənəsi ilə hadisə baş verən tərəfdə idilər. Birdən partlayış səsi gəldi və elə bildim zəlzələdir. Hamımız qışqıra-qışqıra çölə qaçdıq. Dedilər ki, partlayışdır. Evində partlayış olanlar da qışqıraraq evdən çıxdılar. Deyirlər qaz sızması olub”.
Qeyd edək ki, partlayış zamanı bir ailənin 4 üzvü xəsarət alıb.1986-cı il təvəllüdlü Ceyhun Paşayevin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.