azia.az
azia.az

Milyarderlər siyahısında olan 5 azərbaycanlı biznesmen (SİYAHI)

12-01-2024, 15:34

Forbes hər il dünyanın ən varlı insanlarının siyahısını təqdim edir. 

Sfera.az xəbər verir ki, budəfəki siyahıda 5 azərbaycanlı da var.

Siyahıya İqtisad elmləri doktoru, Rusiyanın "Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov 24,9 milyard sərvətlə başçılıq edir.


İqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti Araz Ağalarov 11,9 milyard ilə ikinci yerdə qərarlaşıb. O, "Krokus intenəşnl" Şirkətlər Qrupunun prezidenti, "Krokus-Bank" idarə heyətinin sədri, Rusiya İstehsalçılar və İdxalçılar İttifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və "Opora Rossii" ictimai təşkilatının vitse-prezidentidir.

Üçüncü yeri 6,5 milyard sərvət ilə İskəndər Mahmudov tutur. Rusiyanın mis istehsalının demək olar ki, yarısı, sink istehsalının 2/3-si, metal kirayəsi biznesinin isə 1/4 hissəsi onun əlindədir.

Dördüncü yerdə isə 4,3 milyard ilə Qod Nisanovdur. O, 1990-ci ildə "AST" kampaniyasında işləyib, 2001-ci ildə Lyublinoda şəriki Zarah İliyevlə birgə "Moskva" ticarət mərkəzini açıb, 2005-ci ildə isə "Biskvit" kompaniyasını və "Ukrayna" otelini alıb. 2006-cl ildə "Avropa" otelini açıb. 2000-2005-ci illərdə "Doymond Katters" MMC-də çalışıb. 2005-ci ildən "Kiyevskaya Ploşad" holdinqin idarə heyətinin sədridir.

Neft və neft məhsullarının satışı üzrə ixtisaslaşan "Tansley Trading" şirkətinin sahibkarı, 1,4 milyard sərvətə sahib Fərhad Əhmədov isə milyarderlər siyahısında beşinci yerdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi