Dağıstanda pişikləri qoruyan könüllü qız öldürülüb.
Azia.az lent.az-a istinadən bildirir ki, Mahaçqalada sahibsiz heyvanları qoruyan könüllü qız qonşusu ilə dalaşıb. Bu zaman qonşunun oğlu da münaqişəyə girib. O, heyvan hüquqları müdafiəçisinin başına zərbə endirib. Zərbənin təsirindən 26 yaşlı qız yıxılaraq ölüb.
Şahidlərin sözlərinə görə, qızı öldürən şəxs 14-15 yaşlarında olub. İddialara görə, pişik sevdiyi qıza hücum etdiyi üçün, o, pişiyi qovub. Şahidlər bildirir ki, həmin yeniyetmə ölən qızı vurmayıb, sadəcə dalaşan qızları ayırıb.