Müəllimlərlə bağlı cıddı təhlükə-EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALDI
“Çox təəssüf ki, Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Belə ki, ölkədə ümumilikdə 22 min 461 kişi, 121 min 284 qadın müəllim var”.
Bunu təhsil eksperti Kamran Əsədov deyib.
O, həmin göstəricini gələcək genefodnumuz üçün” təhsildə təhlükəli rəqəmlər” adlandırıb: “Gəlin müəllimlərin gender fərqinə bölgələr üzrə nəzər salaq. 33 min 312 müəllim paytaxt Bakıda fəaliyyət göstərir ki, onlardan 2590 nəfəri kişi müəllim, 30 min 722 nəfəri qadın müəllimlədir.
Regionlarda isə 110 min 433 nəfər müəllimimiz var ki, onlardan 19 min 871 nəfərini kişi müəllimlər, 90 min 562 nəfərini isə qadın müəllimlər təşkil edir.
Rəqəmlərdən göründüyü kimi, həm regionlarda, həm də paytaxtda fəaliyyət göstərən kişi və qadın müəllimlər arasında kəskin fərq var.
Bu təhlili yaş kateqoriyası və fənlər üzrə daha da genişləndirsək, ortaya çox xoş olmayan bir mənzərə çıxacaq”.
Ekspertin fikrincə, mütləq şəkildə kişi müəllimlərin sayını artırmaq lazımdır: “Bunun şagirdlərin fərd kimi inkişafına bilavasitə təsiri var. Kişi müəllimlərin sayının azlığı təhlükəlidir!” (Modern.az)