azia.az
azia.az

Məhkəmə "Drakon” ləqəbli aktyorla bağlı qərar çıxardı

21-12-2023, 09:08

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.
 

Qeyd: Rza Rzayev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunub. Birinci instansiya məhkəməsi ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəzanı şərti heab edib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən Rza Rzayev 2 il azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub. Rza Rzayev Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirməkdə təqsirləndirilib. Hadisə 2018-ci il yanvarında 220-saylı məktəb-liseydə baş verib. Təhsil müəssisəsinin direktor müavini, Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin tarixdə direktor Tural Mirzəliyev tərəfindən dəvət edilərək ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarımildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Amma Zeynəb Rzayeva bu qərara etiraz edib. Daha sonra onun qardaşı Rza Rzayev direktorun yanına gələrək onunla mübahisə edib və iddiaya görə daha sonra onu döyüb.
 

Xatırlatma: Rza Rzayev millət vəkili Aqil Abbasın romanı və ssenarisi əsasında çəkilmiş “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.

 

Kamal Məmmədov 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi