“Green Card Azerbaijan”: KÜTLƏVİ NARAZILIQ... - "Rüfət Piriyev haqqında 200 yaxın şikayət var"
"Mən 15 Oktyabr 2023 “Green Card Azerbaijan” ( sayt:greencard.az, hüquqi adı- Abroad MMC, VOEN: 1305927591) şirkətinin direktoru Rüfət Piriyevə viza dəstəyi üzrə xidmət müqaviləsi bağlamışam". Bunu öz şikayətində İntiqam Əliyev qeyd edir.
Foto internetin açıq mənbələrindən götürülüb
Narazı vətəndaş daha sonra əlavə edir:
"Rüfət bu günə qədər nə işimi həll edib, nə də ödənişi geri qaytarır.
Hər gün bir bəhanə gətirir...
Onlardan polisə şikayət etmişəm və mənə orada bildirdilər ki, Rüfət Piriyev haqqında 200 yaxın şikayət var.
Bu şirkətdən və Rüfətdən uzaq durmağınızı tövsiyyə edirəm..."
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...