Laçın polisi silah-sarsat aşkarladı
İşğal olunmuş ərazilərdə təmizləmə işləri davam edir. Bu tədbirlərin fonunda Laçın Polisi nöbəti dəfə aperativlik göstərərək silah-sursat aşkarlayıb. Belə ki, Laçın Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 4 avtomat, 5 tapança, 1 karabin və digər sursatllar aşkar olunaraq götürülüb.