azia.az
azia.az

Bu çaylarla bağlı qorxunc xəbərdarlıq-TƏCİLİ

3-12-2023, 10:09

İndiki insanlar rahatlıq və operativlik üçün paketlənmiş qida məhsullarından daha çox istifadə edirlər. Halbuki, paketlənmiş məhsulların çoxu insan sağlamlığı üçün ciddi təhdidlər yaradır. 

Alimlər müəyyən ediblər ki, insan orqanizminə tədricən və çox ağır şəkildə təsir göstərən məhsullardan biri də paket çaylardır. Bu çayların paketi qaynar suda dağılmasın deyə epiklorohidrin maddəsindən hazırlanır. Hansı ki, bu maddədən həşaratlara qarşı hazırlanan dərmanlarda daha çox istifadə edilir. 

Epiklorohidrinlər qaynar isti su ilə reaksiyaya girəndə qorxunc xəstəliklərin yaradıcısına çevrilir.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, indiki dönəmdə insanlar rahatlıq üşün paket çaylardan daha çox istifadə edirlər:

"Halbuki, bu çayların insan orqanizminə çox ciddi ziyanları var. Ən böyük ziyan məhz paketin özüdür. Bu paketlərin hazırlanmasında plastik materialdan istifadə olunur. Həmin material da isti su ilə reaksiyaya girərək nano hissəcik şəklində suya yayılır. Çayı içəndə də ziyanlı maddələr orqanizmimizə daxil olur. Hər gün paket çaylardan istifadə edən insanlarda tədricən ürək-damar sistemində tıxanıqlıq yaranır. Bu da bir çox hallarda ürəyin dayanmasına belə səbəb ola bilir".


"Xərçəng xəstəliyinə səbəb olur"

Məhsəti Hüseynova onu da qeyd edib ki, paket çayların digər ziyanı onun hazırlanmasında istifadə edilən kimyəvi maddələrdir:

"Nəzərə alaq ki, paketdəki çayların kiflənməməsi və ətir verməsi üçün müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr insan orqanizmində çox ciddi fəsadlar yaradır və hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Çünki paket çaylarının hazırlanmasında fərqli-fərqli kimyəvi aromizatorlardan və sintetik mənşəli boyalardan istfadə edilir. 

Təsadüfi deyil ki, paket çayı dəmləməyə ehtiyac qalmır. Paketi suya salan kimi rəng dəyişir. Bu da insanlarda mədə-bağırsaq problemlərinin yaranmasına gətirib çıxarır.

Bu da immun sistemini pozur. Kimyəvi maddələr bir çox hallarda həzm sistemində bədxassəli şişlərin yaranmasına səbəb olur. 

Yeniyetmə yaşlarında bu çaydan çox istifadə edənlərdə hormonal pozuntular, orta və yaşlı nəsillərdə isə yaddaş zəifliyi ortaya çıxır. Yaxşı olar ki, açıq çaylardan daha çox istifadə edilsin".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi