Sülhməramlıların Laçında yerləşən müşahidə məntəqəsi bağlanıb
Rusiya sülhməramlı kontingenti Laçın rayonunda daha bir müşahidə məntəqəsini ləğv edib.
“Report” bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 12 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.