Bu təqaüd azaldıla bilər
Bəziləri peşə məktəblərinə təqaüd qazanmaq üçün gəlməyə çalışır. Ona görə də təqaüdün miqdarının azaldılmasını düşünürük.
Azia.az mətbuat-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
Nazir bildirib ki, məşğulluq bazarlarına aktivlik üçün gəlinməsi yaxşı olardı: "Dövlət peşə hazırlıqları mərkəzləri üzrə monitorinq nəticələri 75% ətrafındadır".