“Gah arvad paltarında gəlir, gah da...”-AKTYORDAN ŞİKAYƏT
Qonşuları məşhur aktyor Nicat Rəhimovdan şikayətçidirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İncə səhər” verlişində süjet yayımlanıb.
Qonşuları aktyorla bağlı müxtəlif şikayətlər ediblər. Onun bir gün qadın paltarında, başqa gün balet geyimində evə gəldiyini deyən qonşusu aktyorun bu geyimlərinə görə uşaqları ilə çölə çıxa bilmədiyini bildirib.
Məşhurun yaşadığı binanın komendantı isə Nicatın aylardır xidmət haqqını vermədiyini iddia edib: “Nicat bəy beş aydır bizə pul vermir. Nə zaman pul istəyirəm, mənə deyir ki, sizdən və MTK-dan (Mənzil-Tikinti Kooperativi) televiziyalara şikayət edəcəm. Xahiş edirəm, bu barədə bizə kömək edəsiniz”.
Aktyorsa qonşuları ilə mehriban olduğunu deyib: “Əksinə, bütün qonşularla mehribanam. Hamıyla görüşürəm, maşını da yerində saxlayıram”.
Ziyafət Əlisoy