azia.az
azia.az

Lirəni saxlamaq olmur – Türkiyənin valyutası sürətlə ucuzlaşır

1-11-2023, 14:55

Türk lirəsində yenidən sürətli ucuzlaşma müşahidə edilir. 


Bu gün bir dollar 28,3 lirəni keçib. 


Bir ay əvvəl dolların məzənnəsi 27,45 lirə, iki ay əvvəl 25,9 lirə, altı ay əvvəl 19,4 lirə, bir il əvvəl isə 18,66 lirə olub. Dinamika göstərir ki, lirə dollar qarşısında son 6 ayda daha sürətlə ucuzlaşır. 

Bunun səbəbi Türkiyədə dollar alışının artmasıdır. Türkiyədə idxal ixracdan xeyli çox olduğundan dollara tələb böyükdür. 


Tələbi azaltmaq üçün Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini davamlı artırır. Lakin bu artımlardan sonra faiz dərəcəsi ümumi inflyasiyadan az olduğundan lirənin ucuzlaşması dayanmır. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi