azia.az
azia.az

Xocalı adından istifadə edərək Bakıda milyonlar qazanan Əli Nəbiyev... - Əli Nəbiyev ondan şikayət edənlərə Xocalının Polis rəisi olan oğlu Zaur Nəbiyevin adından hədə-qorxu gəlir...

31-10-2023, 09:18

Xocalının adı gələndə insanın damarlarında qanı donur. Düzdür işğaldan azad edilən bütün torpaqlarımız bizim üçün müqəddəsdir. Amma Xocalı  faciəsi, Xocalı genosidi bəşər tarixində az rast olan qanlı olaydır. 
Qısa məlumat üçün qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi, soyqırım törədildi. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Hətta onu da qeyd edək ki, Xocalı soyqırımını Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya və  ABŞ-nin 22 ştatı  tanıyıb. Sözümüzün canı odur ki, Xocalı min ildən sonra yaddan çıxmayacaq bir faciədir. Hanı əsir götürülən, qız-gəlinlər, uşaqlar.. 
Belə bir faciəni yaşamış ağsaqqal Bakıda müıkiyyət davası edəndə adam deməyə, yazmağa  söz tapmır ee... Əlbəttə, hər bir vətəndaşımızın, o cümlədən Xocalı sakinlərinin mülkiyyət hüququ var, amma... Hər şey qanunla, vicdanla, halallıqla olmalıdır. Yəni Xocalı adından, Xocalı faciəsindən istifadə edərək mülkiyyət ələ keçirmək nəinki ağsaqqala, ümumiyyətlə, heç kəsə yaraşan hal deyil. Vallahi, Xocalının adını kooperativə vermək, Xocalı adında şirkəti yaratmaq minlərlə insanın ruhuna hörmətsizlikdir. Həm də nəzərə alsaq ki, dediyimiz ağsaqqalın oğlu Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinin rəisidir. Gördünüzmü, Prezident, dövlət, cənab nazir sənin oğluna etibar edir, etimad göstərir, sənsə, başqalarına NÜMUNƏ olmaq əvəzinə, XOCALI üzərində BAZAR AÇIRSAN.. 
Sözün qısası, Xocalı rayonundan olan məcburi köçkün, 82 yaşlı Nəbiyev Əli İbad oğlunun  biznes əməllərini  oxuyanda məəttəl qaldıq. 
Deməli, mediada  yayılan məlumatdan  bəlli olur ki, Bakı şəhəri, Nərimanov rayonu M.Əlizadə küçəsi-53 ünvanda yaşayan Əli Nəbiyev uzun illər məcburi köçkün statusundan, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit olmasından sui-istifadə edərək Nərimanov rayonu Ağa Nemətulla küçəsi 61A ünvandakı binanı de-fakto zəbt edib. Adını da qoyub ki, guya bina da, altındakı torpaq da onun sahibi olduğu “Xocalı” Kiçik Müəssisəsinə məxsusdur və bu sahiblik hüququnu ona Ulu Öndər Heydər Əliyev verib. Qeyd edək ki, Əli Nəbiyev I Qarabağ müharibəsində əsir düşüb. Əsirlikdən qayıtdıqdan sonra özünü zərərçəkmiş kimi göstərərək K. Rəhimov küçəsi 3 ünvanda yerləşən 1720 kv.m sahə alıb. Sibirdəki həm yerlilərimizdən külli miqdarda borc alaraq onların da adını həmtəsisçi kimi rəsmiləşdirdiyi “Xocalı” kiçik müəssisəsini yaradıb və həmin ünvanda bina tikib. Nə qazanıb, özü yeyib, borc aldığı şəxslərə isə “atıb”. 
Fikir verdinizmi, Rusiyada yaşayan həmyerlilərimizdən  külli miqdarda pul alıb, onların adını da HƏMTƏSİSÇİ kimi qeyd edib. Amma indi hamıya atır nəinki aldığı pulları qaytarmır, hətta həmtəsiçilərə hədə-qorxu gəlir, deyir polis rəisi oğluma deyərəm sizi şərləyib içəri basar... Bax, bu insanın əsl  siması bəlli olur... 
Məlumat üçün onu da qeyd edək ki, Prezidentin  sərəncamı ilə Dövlət Proqramlarının icrası ilə əlaqədar Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış binalarının sökülməsi zərurəti yaranmışdır. Həmin abadlıq – yenidənqurma işləri ilə əlaqədar sökülməli olan “Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib. Əli Nəbiyev hay-küy salıb ki, mənə 10 milyon manat kompensasiya verməlisiniz.  
Sonda Əli Nəbiyevə əvvəlki sahədən 40 faiz  çox olmaqla  yeni inzibati bina  tikilib təhvil verilib. Tikinti dövründə hər ay Əli Nəbiyevə 4 min manat kirayə haqqı verilib. İndi təsəvvür edirsiniz, bu dövlətin qayğısı, bu da... Bəli, indi Əli Nəbiyev məhkəmələrin qərarını saymır. Yuxarıda qeyd etdik ki, ortada  digər həmtəsisçilər də var, onların da payını Əli Nəbiyev qamarlamaq istəyir. Hətta dövlətdən tələb edir ki, ona bir hotel də tiksinlər. Deyəsən, 82 yaşlı Əli Nəbiyevin könlündən HOTEL işlətmək keçir... Hələ bu harasıdır..? Əli Nəbiyev digər həmtəsisçilərin məhkəməyə gəlməməsi üçün hər yola əl atır, hara gəldi teleqram vurur, polis rəisi olan oğlunun adından  hədə-qorxu gəlir və daha nələr... Şəhidlərimiz  öz qanları  hesabına Xocalını azad elədi, Əli Nəbiyev kimilər isə Bakıda hotel açmaq istəyir...
Növbəti yazımızda Mahir Cəfərli və Əli Nəbiyev cütlüyünün Zaur Nəbiyevə 10 milyonluq "jesti" yazısını dərc edəcəyik. Bizi izləyin.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi