Vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətlər genişləndirilir
Vergi ödəyicisinin vergi qanunvericiliyinə könüllü əməletməsinin yüksəldilməsi məqsədilə ona Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartlarında nəzərdə tutulmuş zəruri xidmətlər, o cümlədən metodiki köməklik, məsləhət və vəziyyəti qiymətləndirmə xidmətləri fərdi olaraq, eləcə də vergi ödəyicisinin faktiki və ya hüquqi ünvanında vergi orqanları tərəfindən ünvanlı qaydada göstərilir.
Vergi ödəyicisi yeni qeydiyyatdan keçdikdə, ödəyicisi olduğu tədiyyə (mükəlləfiyyət) növü dəyişdikdə və ya yeni mükəlləfiyyəti yarandıqda o, faktiki fəaliyyət göstərdiyi ünvanda öhdəlikləri barədə ətraflı məlumatlandırılır. Ünvanlı xidmət zamanı aşkar olunmuş və ya öncə müəyyən edilmiş uyğunsuzluqlar vergi ödəyicisinin nəzərinə çatdırılır, çatışmazlıqların aradan qaldırılması üçün vergi orqanının əməkdaşı tərəfindən köməklik göstərilir və praktiki addımlar atılır. Belə ki, vergi ödəyicisinə müvafiq ərizə, arayış, bəyannamənin tərtibatında yardımçı olmaqla, vergi orqanına elektron və ya yazılı şəkildə təqdim edilməsi təmin olunur. Göstərilmiş ünvanlı xidmət nəticəsində yeni qeydiyyatdan keçmiş, ödəyicisi olduğu mükəlləfiyyət növü dəyişmiş və ya yeni mükəlləfiyyəti yaranmış sahibkarların məlumatsızlıq nəticəsində öhdəlikləri vaxtında icra etməməsi, maliyyə itkiləri ilə qarşılaşması kimi risklər aradan qaldırılır.
Hazırda DVX tərəfindən bu xidmətlər vergi ödəyicilərinə ünvanlı şəkildə təqdim edilir: