azia.az
azia.az

Qurban Qurbanov danışdı: "Bu gün səviyyə fərqinin şahidi olduq"

27-10-2023, 08:38

Çox yaxşı bir komandaya məğlub olduq. Mən bu komandanı sadəcə, təbrik edə bilərəm. Gözəl futbol oynadıqları üçün onlara azarkeşlik edə bilərik.Bu gün səviyyə fərqinin şahidi olduq".

Bildirilir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi