Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qadın həbsxalarındakı vəziyyətdən, oradakı məhbusların həyatından danışıb.
Azia.az yenisabah.az-a istinadən xəbər verir ki, ARB telekanalında yayımlanan "Günə son" proqramının qonağı olan birlik sədri oradakı bəzi məhbusların dəhşətli cinayət əməli törətdiyini bildirib:
"Mən həm qadın, həm kişi həbsxanalarına tez-tez gedirəm. Orada qorxunc divarlar, qorxunc talelər, qorxunc cinayət maddələri var. Bəzi məhbusların cinayətini eşidəndə nəinki onun yanında durmaq, heç həndəvərinə də yaxınlaşmaq istəmirsən. Mən ona görə uşaqların ora tez-tez getməsini istəmirəm.
Orda həbsxananın yeməkxanasındakı yeməkləri bəyənməyən qadınlar var, hansı ki, onlar "borzu" məhbuslardır. Həmin qadınlar üçün evdən xüsusi qida məhsulları gəlirdi".
K.Ağazadə bəzi məhbusların heç vaxt azadlığa çıxmağa layiq olmadığını iddia edib:
"Mən orada olan hər kəs üçün "Allah qapısını açsın" deyə bilmirəm. Mən insan alverçisi olanın oradan çıxıb yenidən belə işlər törətməsini istəmirəm. Orada 2 övladını öldürən qadın vardı. Ona 20 il iş verilmişdi. Əri onu elə vəziyyətə çatdırmışdı ki, o, uşaqlarını öldürüb sonra özünü öldürmək istəmişdi, amma özü sağ qalmışdı. Bu, onun üçün ən böyük cəza idi. Mənə deyirdi ki, Kəmalə xanım, olar ki, mən buradan çıxandan sonra gəlib sizin sığınacaqda çalışım, uşaqlara baxım? Təbii ki, ona uşaq əmanət etmək olmaz, amma onun övladlarını öldürməyinin səbəbləri ailədiki problemlərə söykənir".
Həmin görüntüləri təqdim edirik:
Milli.Az