azia.az
azia.az

Bağırsaqlar üçün ən zərərli QİDALAR

9-02-2024, 13:54

Hər zaman yediklərimizə qarşı diqqətli yanaşmalıyıq. Bunu ən əsas sağlamlığımız üçün etməliyik. Elə qidalar var ki, onlar ümumi orqanizmdə mənfi təsirlər yarada bilər. Belə məhsullar daha çox bağırsaq üçün təhlükə mənbəyi hesab olunur.

 “Real Simple”a istinadən xəbər verilir ki, bağırsağın fəaliyyətinə zərərli olan bir çox qida var. Onların əksəriyyəti mədədə şişkinliyə səbəb olur.

Şişkinlik ümumi bir problemdir, lakin bəzi qidalar bu xoşagəlməz vəziyyəti daha da çətinləşdirə və həddindən artıq qaza səbəb ola bilər.

Şişkinlik sizi daim narahat edirsə, ağrı ilə müşayiət olunursa və normal gündəlik həyata müdaxilə edirsə, müayinə olunmaq və pəhrizinizi nəzərdən keçirməyiniz tövsiyə olunur. Tanınmış dietoloq Minq Teo imtina edilməli qidalarla bağlı tövsiyələrini paylaşıb.

Onun sözlərinə görə, meyvə-tərəvəzlər liflə zəngindir. Ancaq həddindən artıq istehlak edildikdə, bəzi mədə problemlərinə, məsələn, qəbizlik və bağırsaq problemlərinə səbəb olur.

Həmçinin, çox tərəvəz və meyvə yemək şişkinliyə gətirib çıxara bilər. Gün ərzində istehlak edilən böyük miqdarda lif bağırsaqlarda, xüsusən də, kolonda əlavə mayalanma yaradır. Bu da bağırsaqda əlavə qazlar əmələ gətirir.

Sorbitol, ksilitol, mannitol və eritritol kimi şəkər spirtləri aşağı kalorili qida və içkiləri şirinləşdirmək üçün istifadə olunur. Ancaq bu da bağırsaq üçün zərərli hesab olunan məhsullar arasındadır.

Tərkibində laktoza olan qidalar da bu növ şəkərə qarşı dözümsüz insanlarda şişkinlik yaradır. Süd, qatıq, dondurma, yumşaq pendirlər və süd tozu qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur.

Qeyd etmək lazımdır ki, bu qidalardan tamamilə imtina etmək lazım deyil. Bunun əvəzinə laktozasız seçimlər seçə bilərsiniz. Bu da çoxlu qida maddələri ilə təmin edir və müxtəlif yeməklərin hazırlanmasında istifadə edilə bilər (lent.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi