azia.az
azia.az

Bu agentliyin rəhbərliyinə yeni təyinat

18-10-2023, 13:59

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbərliyində dəyişiklik baş verib. 

 

Şəfəq Hüseynli direktor vəzifəsindən azad edilib.

 

AMADA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda millət vəkili, “Bakı Şəhər Halqası”nın sabiq mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçilib. Həmçinin Təhminə Tağızadə AMADA-nın icraçı direktoru təyin edilib.

Xatırladaq ki, AMADA Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ildə yaradılıb. Şəfəq Hüseynli ilk vaxtlardan qurumun direktoru vəzifəsində çalışırdı.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi