Sülhməramlılar Qarabağda bu tarixə qədər qalacaq-PUTİN AÇIQLAMA VERDİ
Rusiya prezidenti Vladimir Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə danışıb.
Azia.az-n APA-ya istinadən xəbərinə görə, Putin Bişkekdə MDB liderlərinin sammitinin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib ki, formal olaraq Qarabağda Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına kimi qalmalıdır.
"Bu məsələ danışıqlar zamanı həll olunacaq", - o qeyd edib.