azia.az
azia.az

Keçmiş prezidentinin xariciə çıxışına qadağa qoyuldu

7-10-2023, 18:00

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub. Trend xəbər verir ki, bu barədə məlumatı ona yaxın informasiya kanalı yayıb.

 

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb.

 

Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib.

 

Keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

 

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi