Məhkəmə "Azərİşıq"la bağlı işi icraata götürdü
"Azərİşıq" ASC məhkəməlik olub. Xəbər verilir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (İdarəçilik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar) protokol hazırlanıb.
Hazırlanmış protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Hazırda məhkəmə işi hakim Nəriman Mehdiyevin icraatına verilib.
Xatırladaq ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovdur.