azia.az
azia.az

Özünü "iş adamı" kimi təqdim edən Müqayis Verdiyevin ömrünün yarısı həbsxanada keçib

25-09-2023, 09:29

"Hamam suyu ilə özünə dost tutmaq" özü "fırıldaqçı" adamların xüsusi "istedad"ıdır. Çox təəssüflər olsun ki, bu cür "xüsusi istedadlı adamlar"a iş həyatında tez-tez rast gəlirik.

Özünü yazıq, çarəsiz, haqlı ola-ola məmur tərəfindən güya süründürməçiliyə məruz qalandığını deyən "iş adamı"nın yalanları ifşa oldu.

Aparılan araşdırmalardan məlum olub ki, sən demə özünü "iş adamı" kimi təqdim edən Müqayis Verdiyevin ömrünün yarısı həbsxanada keçib. Özü də hər dəfəsində məsələ pulla bağlı olub - hədə-qorxu ilə pul tələb etmə və sair maddələr ilə ...

Halbuki , bizimlə danışığı zamanı cəmi bir dəfə - onu da Zakir Fərəcovun sifarişi ilə həbs edildiyini, onun sifarişi ilə cəmi bir neçə gün həbsdə olduğunu deməklə, DİN əməkdaşlarına böhtan atmaqdan belə çəkinmədi. Hələ üstəlik onu da vurğuladı ki, "sifarişlə həbsdə olduğu" müddətdə "həbsxanada Heydər Əliyev adına muzey tikdirib. Onun ardından da dərhal həbsdən azad edilib".

Deyir, - "mən həbsdə olsam da çöldəki kimi idim, ayrıca otağım, telefonum əlimdə, oteldə dincəlirdim elə bil"...

Maraqlıdır, Müqayis Verdiyevin sözlərindən belə çıxır ki, Ədliyyə Nazirliyinin tabeliyində olan həbsxanalarda özbaşınalıq hökm sürür.

Həmçinin, bizimlə bir neçə dəqiqəlik söhbətində belə bir neçə dəfə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin adını çəkərək, dəfələrlə onu yanına çağırdığını, tez-tez "səmimi" görüşdüklərin,i yaxşı münasibətlərinin olduğunu, güya bunun məsələsinə Görə Kamran Əliyevin də Zakir Fərəcova qarşı acıqlı olduğunu, ona kömək edəcəyinə söz verdiyini də vurğuladı.

Yeri gəlmişkən, bu adam məqsədlərinə çatmaq üçün hətta, ölkə başçısının və birinci vitse-prezidentin adlarını belə yalanlarına alət edir. Bizə bildirdi ki, güya Prezident adminstrasiyasında çalışan və onun xətrini istəyən biri ona deyib ki, "məsələdən ölkə başçısı da, birinci xanım da xəbərdardır və Zakir Fərəcovu işindən azad edəcəklər".

Yeni əldə etdiyimiz məlumata görə isə bizə aydın oldu ki, bu adamın sən demə Zakir Fərəcovdan tələbi vəzifə imiş. "Gündəlik Bakı" saytında qeyd olunur ki, "heç beşinci sinifə qədər düz-əməlli təhsili olmayan bu adamın könlündən, sən demə "mer" olmaq keçirmiş".

Özünün pul borclu olduğu adamları da Zakir Fərəcovu şantaj etmək, məqsədlərinə çatmaq üçün əlində alət edib.

Qeyd edək ki, Zakir Fərəcovun barəsində gedən tənqidi yazıları özünün yazdırdığını iddia edən Müqayis Verdiyevin adı o yazıların heç birində hallanmır. Sürəkli şəxsi Facebook hesabında Zakir Fərəcovla birlikdə çəkdirdiyi fotoşəkillərini paylaşaraq, görünür ikili rol oynamağa çalışır. Bir tərəfdən İcra başçısının yadına bir vaxtlar yaxın olduqlarını salır ki, ondan şübhə etməsin, digər tərəfdən də media nümayəndələrinə göstərməyə çalışır ki, "baxın, bulvarın açılışında mən də varam, deməli mən tikmişəm".

Bir sözlə özünü tərifləmək üçün bütün dövlət qurumlarının - hüquq-mühafizə orqanlarının, Ədliyyə Nazirliyinin, hətta prezident administrasiyasının belə fəaliyyətinə qarşı sıravi vətəndaşlarda nifrət yaradan bu adam, bu danışıqları ilə "bu ölkədə pulun qanunlardan üstün olduğunu" iddia edir. Bu isə insanların dövlətə və dövlət qurumlarına inamını, etibarını şübhə altına alır.

Demək ki, artıq vaxtdır. Bundan sonra söz hüquq-mühafizə orqanlarınındır.

Mövzunu davam etdirəcəyik...

Hələ danışılası nələr var, nələr...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi