azia.az
azia.az

Aqrar təhsil sistemi nədən ZƏFƏR ÇALMAYACAQ... - Məcnun Məmmədov bir zəlahiyyət sahibi deyil...

16-09-2023, 12:41

"Zəfər Qurbanovun rektor təsdiq olması göstərdi ki İnam Kərimov hələ də aqrar sahəni idarə edir. Nazir Məcnun Məmmədov bölgələrdə vətəndaş qəbulunda sabiq nazir və onun yarıtmaz kadrlarının aqrar sahədə etdikləri rüşvət və özbaşınalıqlar və haqsızlıqları, şikayətləri görsə də, İnam Kərimovun bir kadrını belə nə cəzalandırıb, nə də dəyişdirib". Bu barədə DİA.AZ-a göndərilən məqalədə iddia olunur.

Məqalənin ƏVVƏLİ BURADA: Aqrar Universitet nədən AYAĞA QALXA BİLMƏYƏCƏK... - FAKTLAR AÇIQLANIR...

Məqalə müəllifi daha sonra bildirir: "Həm aqrar sahəni, həm də Azərbaycanın məhkəmə sistemini idarə edən İnam Kərimovun həm Asan xidmət şöbəsinin rəisi, Kənd Təsərrüfatı naziri və Ali Məhkəməyə sədr olmasına köməkliyi Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun etdiyi iddia olunur. Bu barədə mətbuatda da xəbərlər yayılıb və təkzib olunmayıb.

Onsuz da bütün Respublika bilir ki, İnam Kərimov aqrar sahəni yarıtmaz kadrları ilə necə məhv etdi. İndi də ölkə başçısı Cənab Prezidentimiz İlham Əliyevin korupsiya və rüşvətin mübarizə apardığı bir dövrdə İnam Kərimov öz yaxını olan Famil Nəsibova bəraət qazandırmağa çalışır. İnam Kərimov niyə öz səlahiyyətlərindən istifadə edərək Cənab Prezidentin korrupsiyaya qarşı apardığı siyasətə köljgə salmış kimi davranır? Hələ təyinatından bu günə kimi Aqrar Universitet üçün bir iş görməyən Zəfər Qurbanov və kafedra müdiri Gənciyev İlqar hansı marağa görə təkrar rüşvət almaya görə tutulan Famil Nəsibova müəllim kimi işə götürüb dərs verirlər?

Bu özbaşınalığa isə nazir Məcnun Məmmədov da eyni zamanda göz yummağa davam edir. Əgər nazir Məcnun Məmmədov aqrar sahəni düzəltmək fikrində olsaydı, haqsız olaraq işindən çıxarılan, subsidiyaları verilməyən fermerlərin və bölgələrə hökm sürən özbaşınalıq və rüşvətxor dəstəsi ilə aqrar sahəni məhv edən İnam Kərimovun yarıtmaz kadrları ilə mübarizə aparar, onları işdən kənarlaşdırardı... Görünən odur ki, adı nazir gedən Məcnun Məmmədov aqrar sahəni idarə etmir sadəcə İnam Kərimovun əmrlərin və tapşırıqların icra edir..."

DAVAMI VAR...

Bütün iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Facebook-da paylaş


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi