azia.az
azia.az

Separatçıların başçısı hərəkətə keçdi-təxribatların anonsu verildi

14-09-2023, 08:15

Sentyabrın 13-də qanunsuz rejimin oyuncaq başçısı Samvel Şahramanyan saxta “milli təhlükəsizlik xidməti”ndə olub.

Musavat.com bu barədə erməni mediasına xitabən məlumat verir. Baş separatçı orada “departamentin mərkəzi aparatı”nın rəhbər heyəti və yüksək vəzifəli şəxsləri ilə görüşüb.

Şahramanyan xarici və daxili çağırışlara, eləcə də hadisələrin mümkün inkişaflarına toxunub. Bildirib ki, bu həlledici dövrdə koordinasiyalı iş aparmaq, xarici çağırışlara səmərəli şəkildə qarşı çıxmaq, “ölkə”də daxili sabitliyi və qanunun aliliyini qorumaq lazımdır.

Erməni mediası yazır ki, şsentyabrın 12-də Samvel Şahramanyan “müdafiə nazirliyi”ndə olub və qondarma qurumun “təhlükəsizlik qüvvələrinin rəhbərliyi” ilə görüş keçirib.

Görüş zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Bu məlumatlar separatçı rejimin növbəti təxribatlara hazırlaşdığını təsdiqləyir. Təsadüfi deyil ki, bu gün günorta radələrində qanunsuz silahlı birləşmələr Ağdam istiqamətində hərbçilərimizə atəş açıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi