azia.az
azia.az

Bu ölkənin sanksiya altındakı ədliyyə nazirinin qızı Londonda kef çəkir - FOTO

14-09-2023, 08:09

Rusiya Federasiyasının ədliyyə nazirinin qızı Konstantin Chuyçenkoya atasından fərqli olaraq, Qərb sanksiyaları tətbiq olunmur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, indi İngiltərədə istirahət edir.

Anna Chuyçenko, Londondakı dəbdəbəli həyatını İnstagram-da sərgiləməkdən çəkinmir. Əslində Britaniya paytaxtı ona çox doğma sayılır. Burada o, London Universitet Kollecində (orta məktəb-red.) oxuyub, məzun olduqdan sonra isə İngiltərə Goldsmiths Universitetinə daxil olub. Bu universitet dünyanın ən yaxşı təhsil müəssisələrindən biri sayılır. Jurnalistlərin hesablamalarına görə, valideynləri qızın təhsilinə təxminən 10 milyon rubl (nazirin illik maaşından çox) sərf etməli olublar.

Nazirin qızı Rusiyada yoxsulluq içində yaşamır. Anna Çuyçenko, Nikolina Qora qəsəbəsində (Moskva vilayəti) “Kotton Vey” elitar kompleksində 4510 kvadrat metrlik sahəsi olan bir evdə yaşayır.

Keçən yay, yəni Ukrayna ilə savaşın ən qızğın çağında, Çuyçenkonun dəbdəbəli toy mərasimi olub. Toyda Nikolay Baskov və reper L`One kimi sənətçilər iştirak ediblər.

 

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi