azia.az
azia.az

Sarkisyan və Köçəryanın “tələbə”ləri İrəvana getdi, bu gün... - “1 mart” ŞOKU

12-09-2023, 09:42

Günü telefonlarda keçən Paşinyan deyəsən tezliklə özünə görə dünya liderlərinə dil töküb, yalvarmalı olacaq. Bu dəfə ona oxlar Qarabağdan - daha dəqiq desək, 2 gün öncə Xankəndidəki qanunsuz rejimin başına keçən Samvel Şahramanyan tərəfindən tuşlanıb. O Şahramanyan ki, Sarkisyan və Köçəryanın daydaylığı ilə Xankəndidə “at oynatmağa start verib”.

Hazırda bu quldur trio yalnız İrəvana “baxır”. Onların bu baxışını Caliber.az etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən üzə çıxarıb.

ERMENİLER SON.png (1.03 MB)

Belə ki, bu gün bir qrup “tələbə” Laçın sərhəd-keçid məntəqəsindən Ermənistana yol alıb. Bu “qara-qura tələblər”in cani ağaları kimi professional baş kəsən qiyafəsində olduğunu Qərbin üzünə şapalaq kimi çırpmaq olar. O Qərb ki, “humanitar fəlakət”, “blokada”, “aclıq” və s. ilə sayıqlayır. Abırsız arvadlar kimi tumanını başına keçirib, hay-həşir salır.

“Təhsil dalınca gedən tələbələr”ə deyəsən 2008-ci ilin 1 martının qanlı boşqabından pay çəkiblər. Qana susayan Qarabağ ermənisi qan-qan deyir. Paşinyanı devirmək üçün gecəsini gündüzünə qatıb.

Xatırladaq ki, 2008-ci ilin 1 martında İrəvanda təşkil edilən qanlı iğtişaşlarda 10 nəfər dinc sakin öldürülüb, 200-ü müxtəlif dərəcəli xəsarət alıb, 100 nəfər isə həbs edilib. Sarkisyan isə özü yaratdığı qan gölünün üstündə oturaraq ölkəsinə 10 il başçılıq edib.

5 il əvvəl “Sasna Srer” silahlı qruplaşmasının məhkəmə prosesi zamanı qrupun fəallarından biri olan Pavel Manukyan həmin gün yaşananlarda Serj Sarkisyan və komandasının birbaşa əli olduğunu açıqlayıb. O, ermənilərə çağırış edib - imkan verməyin ki, bundan sonra da sizi məhv etsinlər.

Lakin bu ağılla ermənilər öz əlləri ilə özlərinə çox qəbir qazacaqlar. 

Qısası, Ermənistanda eyni ssenari işə düşə bilər. Bu dəfə çanaq Paşinyanın başında çatlayacaq. Kiçik bir xatırlatma - zəng sevdalısı Nikol sentyabrın 2-də Qarabağdakı qondarma rejimin yaradılmasının ildönümü münasibətilə təbrik məktubu ünvanlamışdı. Sən terrorçuları bəsləməyində, onlar isə sənə qəbir qazmaqda olsun. Bu dəfə əlin telefona belə çatmayacaq.(mətbuat)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi