azia.az
azia.az

Sumqayıtda radiasiya aşkarlanması barədə məlumat yayıldı-RƏSMİ

10-09-2023, 08:00

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən müəssisə ərazisində radiasiya fonunun normadan artıq olması barədə məlumat daxil olub.

Əraziyə baxış keçirilməsi və radiasiya fonunun ölçülməsi məqsədilə FHN-in müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əlavə məlumat veriləcək.

-------

20:06

Sumqayıtda radiasiya aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Metallurq küçəsindəki zavodların birinin ərazisində qeydə alınıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub. Ərazi mühafizə olunub.

Qeyd edək ki, radiasiya zavodların birinin daxilində 4 metr dərinlikdə aşkarlanıb. Dərhal işçilər və yaxınlıqda olan sakinlər evaukasiya olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi