azia.az
azia.az

Paşinyan yenidən müharibəyə səbəb olur - Erməni nəşri

4-09-2023, 09:55

Sülh gündəminin təşəbbüskarı olduğunu deyən Paşinyan, əslində, müharibəni qızışdırır. O, 2020-ci ildə Qarabağı Ermənistanın bir hissəsi adlandıraraq müharibəyə səbəb olub. İndi də 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra düşmən ölkənin rəhbərinə verdiyi şifahi vədləri yerinə yetirməməyə cəsarət edəndə yenidən müharibəni qızışdırır.

Ölkə.Az xəbər verir ki, bu barədə erməni nəşri "Hraparak" yazır.

Qəzet qeyd edir ki, Paşinyan daim özünü alçaldır, sülh üçün yalvarır: "İnsanlar hələ 100 il əvvəl əmin idilər ki, sülh naminə alçaldılma müharibəyə gətirib çıxarır".

"Nikol baş nazir vəzifəsindən uzaqlaşdırılmalıdır. Çünki Nikol sülh adına müharibə generatoruna çevrilib. Müharibənin kölgəsindən xilas olmaq istəyiriksə, baş naziri istefaya məcbur etməliyik. Sadəcə olaraq başqa variant yoxdur", - "Hraparak" bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi