azia.az
azia.az

Xocalı İcra Hakimiyyətində rəzalət-Müavin vətəndaşa hücum çəkidi – (ŞOK VİDEO)

4-09-2023, 09:51

Xocalı şəhər icra hakimiyyətində biabırçı vəziyyət yaşanıb.

Belə ki, Başçının müavini. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva icra hakimiyyətinin inzibati binasında ona müraciət edən vətəndaşı ağır təhqir edərək hücum edib.

Məsələnin nədən qaynaqlqndığını bilməsək də, video da xanım müavinin çox əsəbi halda vətəndaşı təhqir etdiyi açıq şəkildə görünür.

Lamiyə Qarayeva vətəndaşa “Alçağın biri alçaq” və digər təhqir dolu sözlər işlədib. Səsə çıxan digər icra hakimiyyətinin işçiləri xanım müavini sakitləşdirərək iş otağına aparıblar.

Xatırladaq ki, sözügedən video görüntü sosial şəbəkələr də yayılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi