Bu şirkətlər ölkədən valyuta çıxarıb
"Akabe" və "Everest Trading" MMC-lər məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, hər iki şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib və məhkəməyə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasını nəzərdə tutur. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Hər iki işə Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə baxılacaq.
Vüqar