azia.az
azia.az

Müdafiə Nazirliyinin hospitalı 5000 manat cərimələnə bilər

30-08-2023, 08:48

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, hospital İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham olunur. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Seyhun Tağıyevin icraatına verilib. 

469.2-ci maddəyə görə fiziki şəxslər 500 manat məbləğində, vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir.

Hüseyn


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi