azia.az
azia.az

Qıza "çox ədəbsiz paltar"a görə hücum edilib-TƏFƏRRÜAT

15-09-2023, 09:02

Dağıstanda Kaspiysk şəhərinin sakini qıza "çox ədəbsiz paltar"a görə hücum edib.

Azia.az lent.az-a istinadən bildirir ki, hadisə barədə Baza teleqram kanalı məlumat yayıb.

Görüntülərdə kişinin maşınla qıza yaxınlaşdığı görünür. O, maşından düşüb geyiminə görə onunla kobud danışıb. Hadisə şahidlərinin sözlərinə görə, qız da ona eyni tərzdə cavab verib.

Dağıstanlı kişi hiddətlənərək qızın üzünə tüpürüb, bundan sonra qadın onu itələyib. Daha sonra kişi həmsöhbətini asfaltda yıxaraq, çıxıb gedib.

Hadisədən sonra qız həkimə üz tutub. Həmçinin, o, polisə müraciət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi