azia.az
azia.az

İlk insanla bağlı fikirlər alt-üst edildi-YENİ TAPINTI

4-09-2023, 09:46

Beynəlxalq alimlər qrupu ilk insanın bir yerdə yarandığına dair köklü fikri təkzib edir.

Cebhe.info NYT-yə istinadən yazır ki, yeni araşdırma “Nature” portalında dərc olunub. Elmi məqaləyə görə, insanlar eyni vaxtda ən azı iki fərqli bölgədə yaranıblar.

Tədqiqatçılar müxtəlif mənşəli 300-ə yaxın insanın genomlarını təhlil ediblər. Nəticədə alimlər ayrı-ayrı populyasiyaları qəti şəkildə müəyyən edə bilmədiklərini söyləyiblər. Onlar Stem1 və Stem2 adlı ən azı iki populyasiyanın mövcudluğunu fikrini irəli sürüblər. Belə bir fərziyyə irəli sürülür ki, bu populyasiyalar Afrikada yaranıb və zaman keçdikcə bir-birinə qarışaraq müxtəlif Afrika insan qruplarını əmələ gətirib.

Alimlər kompüter simulyasiyalarından istifadə edərək insan DNA-sının bütün Afrikada yayılmasını simulyasiya etməyə çalışıblar. Onlar Stem1 və Stem2-nin mövcudluğunu dəstəkləyən sübutlar toplayıblar. Lakin bu populyasiyaların dəqiq yeri məlum deyil. Tədqiqat həmçinin genetik məlumatlara və miqrasiya hadisələrinə təsir göstərə biləcək arxaik homininlərin xəyal populyasiyasının mümkünlüyünü də təklif edir.

Alimlər insanın mənşəyi haqqında daha dəqiq təsəvvür əldə etmək üçün tədqiqatları davam etdirmək niyyətindədirlər. Daha çox genetik məlumat və əlavə simulyasiyalar bəşər tarixi ilə bağlı sualları həll etməyə kömək edə bilər.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi