azia.az
azia.az

Əli Həsənovun TÜKƏNƏN UMUDU

14-10-2022, 19:54


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubiley tədbirini əks etdirən foto/video silsiləsi sosial şəbəkələri də, medianı də bəzəyib. Belə demək mümkünsə, hamı BAMF-nin rəhbəri Umud Mirzəyevin işığına toplaşıb. Amma heç kim soruşmur ki, Umud Mirzəyevin bu “30 illik işığı”nın mənbəyi hardandır, necə olur ki, təqaüd yaşını çoxdan keçmiş bu şəxs 30 illik dövrdə “gündəmdə” qalmağa, həm də mediaya “ağsaqqallıq” etməyə davam edir?!

Axı bu gün medianın yenilənməsindən bəhs ediriksə, bu təkcə “reket jurnalistlərin” sıradan çıxarılması ilə yekunlaşmamalı, ümumilikdə köhnəlmiş nəsilin yerini yenilikçilərə verməsi ilə də nəticələnməlidir. Əgər islahatlardan və yenilikdən danışırıqsa, Əli Həsənovun əyyamından qalanlar, misal üçün, elə Umud Mirzəyevin özü yerini çoxdan təhvil verməli idi!

Lakin BAMF-nin 30 illik yubileyi fonunda Əli Həsənov əyyamından miras qalan Umud Mirzəyevin yenə baş köşədə yer aldığını görürük, həm qrantların mənimsənilməsində, həm vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində, həm də media sahəsində. Mətbuat Şurasının İdarə Heyətininə seçkilərdə də Umud Mirzəyev baş köşədə idi.

Onun “baş köşə”yə necə çıxması isə bəllidir. Məsələ ondadır ki, Əli Həsənov tərəfindən bu yerə gətirilən Umud Mirzəyev bu gün Əli Həsənovun qoyduğu media mirasının düzəldilməsi, normal hala salınması uğrunda atılan addımlarda özünü əsas iştirakçı kimi aparır. Axı medianı bu günə qoyanlardan biri də Umud Mirzəyevdir və belə çıxır ki, özlərinin pis vəziyyətə saldığı medianı “ayağa qaldırmaq” işini də yenə özləri icra etmək istəyirlər.

Əslində istək bəllidir, həmişə olduğu kimi, indi də pul qazanmaq, dövlətin mediaya verdiyi dəstəyə şərik olmaq.

Umud Mirzəyevin indiyə qədərki fəaliyyətinin gerçək tərəfinə baxdıqda aydın görünür ki, bu şəxs medianı da, QHT sektorunu də “sağanlardan” biri olub. Ona bu şəraiti də məhz Əli Həsənov yaratmışdı.

Bu gün Umud Mirzəyevin bank olmayan kredit təşkilatı var və bu təşkilat respublikanın əksər bölgəsində filiala sahibdir. Əslində bir çox bankdan daha böyük kapitala sahibdir və kredit adı altında “sələm” verməklə məşğuldur.

Umid Mirzəyevin bu gün böyük fermaları, biznesi, şəhərin mərkəzində bahalı ofisi var.

Bir insan QHT və media sahəsindən bu qədər pulu necə əldə edə bilər?

Hətta o qədər ki, kredit təşkilatı yaradıb “sələmə” pul verə, fermalar aça, obyektlər ala bilir?!

Umud Mirzəyevin “işığının” mənbəyi bəllidir. Amma o bəlli deyil ki, Əli Həsənov vəzifədən çıxarılsa da, onun ortağı Vüqar Səfərli məhkəmə qarşısına çıxarılsa da, əsas ortaqlarından biri olan Umid Mirzəyev hələ də mediada, QHT sektorunda “at oynadır”, özünü “baş islahatçı”, “yenilikçi” kimi təqdim edir. Bəlkə də onun və rəhbəri olduğu təşkilatın fəaliyyəti, kredit təşkilatının maliyyə mənbəyinin hara olduğu araşdırılsa, Umud Mirzəyev ya Əli Həsənov kimi “arxivə gedər”, ya da Vüqar Səfərli kimi məhkəmə qarşısına çıxar.

Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi