azia.az
azia.az

SOCAR prezidentinin rəhbər şəxslərin maaşına əlavələrlə bağlı əmri narazılıq yaradıb

31-08-2022, 18:55

SOCAR prezidentinin rəhbər şəxslərin maaşına əlavələrlə bağlı əmri narazılıq yaradıb
Neftçilər Rövşən Nəcəfin qərarını ayrı-seçkilik hesab edirlər

SOCAR-ın prezidenti dəyişsə də, neftçilərə münasibət dəyişməyib. Rəhbər işçilərinin, hətta onların katibələrinin qayğısına qalırlar, məvacibləri artırılıb, amma bizim maaşlar artmayıb”.

Bunu Meydan TV-yə neft daşlarında çalışan neftçilərdən biri deyib. O, işini itirmək təhlükəsi səbəbindən adının açıqlanmasını istəmir.

Neftçi deyib ki, dənizdə növbə dəyişilərkən daşınma problemləri qalır, “Xəzəriaşə”nin xidmətindən illərdir narazılıq etsələr də, vəziyyət dəyişmir.

Neftçinin sözlərinə görə, şirkətin yeni prezidenti Rövşən Nəcəfin idarəetmə və rəhbər vəzifəli şəxslərin əməkhaqqlarına əlavələrin verilməsilə bağlı əmri siravi işçilər arasında ciddi narazılığa səbəb olub:

“Lakin yeni rəhbərlik bütün sahəyə öz kadrlarını gətirdiyi üçün işdən çıxarılmalarla bağlı ciddi narahatlıq yaranıb. Buna görə də onun özü də daxil olmaqla neftçilər narazılıq etməyə çəkinirlər”.

Rövşən Nəcəf 19 avqust 2022-ci ildə rəhbər vəzifəli şəxslərin əməkhaqlarına əlavələrin verilməsilə bağlı əmr imzalayıb. Adının çəkilməsindən narahat olanlarla yanaşı, buna etiraz edərək ölkə başçısına şikayət edənlər də var. SOCAR-ın Qaz İxracı İdarəsinin mühəndisi Yunis Camalov əlavələrlə bağlı Prezident İlham Əliyevə şikayət edib. Şikayətçi bildirib ki, 65 yaşı var, 1978-ci ildən neft sahəsində çalışır. Yeni prezident Rövşən Nəcəfin əmri Əmək Məcəlləsinin 157.1, 157.2 maddələrinə zəruri olaraq işçilər arasında ayrı-seçkiliyə yol verib. Neftçi siravi əməkdaşların da əməkhaqlarının artırılmasını xahiş edib.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, SOCAR prezidentinin özünün əvvəlki aylıq maaşı 6504 manat olub, indi isə 13 min 8 manat əməkhaqqı alacaq. Birinci vitse-prezidentin maaşı 6180 manatdan, 12 min 360 manatadək artırılıb. Digər vitse-prezidentlərin əməkhaqqı 6048 manatdan, 12 min 96 manatadək artırılıb. Vitse-prezidentlərin müavinlərinin aylıq əməkhaqqı 10 min 919 manatadək yüksəlib. Vitse-prezidentlərin müşavirlərinin maaşları 80 faiz artırılaraq 4202 manat olub. İqtisadiyyat və Uçot Departamentinin rəisinin maaşı 6048 manatdan 11 min 491 manata qədər artılıb. Həmin departamentinin müavininin maaşı 80 faiz artırılaraq 10 min 124 manat olub. İdarə, departament və ona bərabər tutulan struktur bölmə rəhbərlərinin maaşı 90 faiz, müavinlərin maaşı 80 faiz, katibliyin rəisinin maaşı 85 faiz, katiblik rəisinin müavininin maaşı 75 faiz, şöbə rəisinin maaşı 70 faiz artırılıb.

Mirvari Qəhrəmanlı, Foto: Meydan TV
“Büdcədən maliyələşən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilmə sistemi, növlər və məbləğ Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Əmr yalnız rəhbər işçilərə deyil, bütün işçilərə aid edilməlidir. Əlavələr isə vəzifəyə görə deyil, peşəkarlığa görə təyin olunmalıdır”, – Mirvri Qəhrəmanlı deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi