Rusiyalı turistlər Ermənistandakı qədim qalada porno çəkdilər
İrəvan polisi qədim Erebuni qalasında Rusiyadan gələn turistlərin çəkdiyi porno video barədə məlumatı yoxlayır. Videonun çəkilişində “Pyatnitsa” telekanalının baş redaktoru, həmçinin “Yu” telekanalının yaradıcı prodüseri Tatyana Smarjevskaya və onunla birlikdə olan şəxs şübhəli bilinir. Video porno saytlardan birində yerləşdirilib (hazırda silinib). Burada qalanın ətrafında gəzən kişi və qadının intim münasibətləri əks olunub.
Ermənistanda sosial şəbəkə istifadəçiləri Smarjevskayanın işdən çıxarılmasını tələb ediblər. Onlar bu tələblə “Pyatnitsa” telekanalının sahibi olan “Qazprom-Media”ya da müraicət ünlanlayıblar.
Smarjevskayanın özü hələlik hadisə ilə bağlı açıqlama verməyib. Onun “Instagram” hesabı silinib.
İrəvan meriyası polisin artıq araşdırmalara başladığını, vidoe iştirakçılarının, eləcə də mümkün təşkilatçıların məsuliyyətə cəlb ediləcəyini bildirib.