Ağalıya qayıdan qadının sevincdən ürəyi partlayıb ÖLDÜ
Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması zamanı bədbəxt hadisə baş verib.
Xəbər verilir ki, köç prosesi zamanı Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib.
K.Sultanovanın 57 yaşı olub.
O, doğma kəndində torpağa tapşırılıb