azia.az
azia.az

Həkim xəstəxanalardan şikayət etdi – “Kassaya köçürdüyü 3-4 manata qəbz alıb, amma verdiyi 500 manata yox”

15-07-2022, 10:02

Həkim xəstəxanalardan şikayət etdi – “Kassaya köçürdüyü 3-4 manata qəbz alıb, amma verdiyi 500 manata yox”
“Bakı Sağlamlıq mərkəzində oldum. Həkim yanına xəstə aparmışdım. Həkimin qapısında bir saat gözlədikdən sonra məlum oldu ki, həkim burda yoxdur, başqa klinikadadır. Orda başqa xəstələr də vardı. Yəni səhv başa düşən mən deyildim. Bir gün öncə mənim özümə həmin həkim “saat 4-də gəlin, baxacam” demişdi. Biz də xəstənin damarını yoxladığı - anjio elədiyi yerə getdik. Bir saat gözlədikdən sonra reseptiona yaxınlaşdım və həkimə zəng çatmadığını, köməkçisi varsa, nömrəsini vermələrini istədim. Verilən nömrə ilə əlaqə saxladım və xanım (sonradan köməkçi deyil, radioloq olduğunu bildim) “otaqdayam, gəlin içəri” dedi. Bildirdim ki, madam ki bilirsiz filankəs doktor burda deyil və görürsünüz ki, göyərmiş ayaqlarını ovxalayan xəstələr kondisioner altında onu gözləyirlər niyə çıxıb demirsiz. Deyir, “bunu demək sizin vəzifə borcunuz deyil”. Deyirəm ay xanım, ay doktor, mən də həkiməm. İnsanların vaxtına, haqqına belə girmək doğru deyil. Bir daha şahid oldum ki, vətəndaşımıza hörmət yoxdur. Sonra həkimlərə hörmət istəməyin. Zatən normal davranan həkim hörmətini qazanır”.



Xəbərə görə, bunu həkim Aytən İsmayılzadə bildirib.



“İkinci məsələ isə apardığım xəstənin tibbi sığorta ilə göndərilsə də 500 manat həkimə ödəniş etməsi məsələsidir. Xəstə kassaya köçürdüyü 3-4 manata qəbz alıb. Amma əli ilə verdiyi 500 manata yox. Həkimə də deyəcəm. Adını hələ açıqlamıram. Nəticə xoş olmazsa hara şikayət edəcəyimizə kömək edərsiz. Amma şikayətimiz nəticə verəcəksə...” – A.İsmayılzadə bildirib.



Kənan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi