azia.az
azia.az

"Əxlaqa ziddir" - Bu Avropa ölkəsində bikini ilə gəzmək QADAĞAN EDİLDİ

9-07-2022, 08:15


İtaliyanın məşhur turizm bölgəsində turistlərə bikinili və çılpaq gəzmək qadağan edilib.
"Əxlaqa ziddir" - Bu Avropa ölkəsində bikini ilə gəzmək QADAĞAN EDİLDİ
Xəbər verilir ki, Sorrento meri Massimo Koppola çılpaq və bikini ilə gəzənlərin yerli sakinləri narahat etdiyini bildirib.

Qadağaya riayət edilməsinə nəzarət üçün polislər patrul xidməti göstərəcək.

Pompey və Neapola yaxın sahil qəsəbəsinin bələdiyyə başçısı da bəzi turistlərin əxlaqa zidd hərəkətlər etdiyinə şahid olduğunu qeyd edib:

"Bu vəziyyətin davam etməsi qəsəbəmizin imici və turizmi üçün mənfi mülahizələrə səbəb olur, yerli sakinlər və qonaqlar arasında narahatlıq yaradır".
Qadağaya əməl etməyənlər təxminən 885 manata yaxın (511,95 avro) cərimə olunacaqlar.

Ölkənin bəzi turizm bölgələrində isə əxlaqa zidd geyimlərlə yanaşı ayaqyalın gəzmək də qadağandır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi