azia.az
azia.az

Ərəb turist Bakını Ər-Riyadla səhv saldı, 10 min avro itirdi

1-07-2022, 13:44

Ərəb turist Bakını Ər-Riyadla səhv saldı, 10 min avro itirdi
Səudiyyə Ərəbistanı vətəndaşı Al Muhassen Abbas Mohd Hassan (1941-ci il təvəllüdlü) böyük oğurluğun qurbanı olub.

Bu barədə informasiyanı hüquq-mühafizə orqanları yayıb.

Məlum olub ki, oğurluq hadisəsi iyunun 30-da əcnəbinin yaşadığı Bakının Xəzər rayonu, Mərdəkan bağ massivinin ərazisində törədilib.

Oğurluq hadisəsi axşam saat 7 radələrində, 11 saatlıq fasilədən sonra evə qayıdanda zərərçəkmiş tərəfindən aşkar edilib. Onun 10.000 avro pulu oğurlanıb. Maraqlıdır ki, oğru ərəbin evinə açıq qapıdan daxil olub. Yəni kişi zənn edib ki, Səudiyyə Ərəbistanında olduğu kimi burada da oğurluqlar çox nadir hallarda baş verir. Bu baxımdan evin qapısını açıq qoyaraq gedib.

Qeyd edək ki, Əl Muhassen Abbasın vətənində oğurluq edən şəxs əllərini kəsməklə cəzalandırılır.

Hazırda adıçəkilən ərazinin 1-ci polis bölməsinin əməkdaşları pul mənimsəməkdə şübhəli bilinən şəxsin müəyyən edilməsi istiqamətində iş aparır. Hələlik heç kim həbs olunmayıb.

Məlumdur ki, ötən gün ərzində DİN-in paytaxt üzrə bölmələri tərəfindən 50 şəxsi əmlak oğurluğu faktı qeydə alınıb. Bu da bu növ cinayətlərin artmasından xəbər verir. Əvvəllər hər gün orta hesabla 30-a yaxın şəxsi əmlak oğurluğu törədilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi