Yuxuda cinsi münasibətdə olmaq NƏYƏ İŞARƏDİR? - İNANMAYACAQSIZ
İnsanlar vaxtaşırı erotik yuxular görürlər. Bu, çoxlarınını narahat edir. Narahatçılığa əsas yoxdur, çünki sıx-sıx görülmədiyi halda belə yuxular normaldır. Amma seksoloqlar davamlı erotik yuxuların görülməsini seks azlığı, onun qaneedici, mütəmadi olmaması ilə əlaqələndirirlər.
Buna baxmayaraq, erotik yuxular həmçinin digər məsələlər haqqında da xəbər vermə qabiliyyətinə malikdirlər.
Məsələn, əgər adam özünü yuxuda lüt görürsə, deməli seksual həyatını rəngləndirmək istəyir, ya da yenilik etməyə ehtiyac yaranıb.
Şiddətli seks yuxusu insanın içində toplanıb qalmış qəzəbdir. Bu o deməkdir ki, yuxunu görən öz duyğularını ələ almalı, qəzəbini cilovlamağı bacarmalıdır.
Keçmiş sevgili ilə seks yuxusu yeni sevginin müjdəçisidir. Yeni münasibətlərdən xəbər verir.
Özünü başqa vücudun içində sevişərkən görmək – real həyatda kiminsə yerinə göz dikmək deməkdir. Yaxud da öz xarakterinə uyğun olmayan addım atmağa, davranmağa işarədir.
Başqasının intim səhnəsinə yuxuda şahidlik etmək özünü daha da ictimailəşdirmək, sosiallaşdırmaq istəyindən yaranır.
İnsanın öz cinsi ilə seks yuxusu onun daxili maraqlarına işarə edir. Bu insan həyatda nəsə yeni bir şeyin dadına baxmaq istəyir. Amma oriyentasiyanı dəyişməyə tələsməyin, unutmayın ki, yuxular çox zaman tərsinə yozulur.
///publika.az