azia.az
azia.az

Yuxuda qızıl görmək nə vəd edir ?

20-04-2022, 07:57


Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxuda qızıl görmək nə vəd edir ?
Yuxularda bir çox şey görürük. Bunlardan biri də qızıldır. Bəs, yuxuda qızıl görmək nə vəd edir?

Azia.az lent.az-a istinadən yuxuda qızıl görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxu yozmağı bacaranların fikrincə, yuxuda qızıl görmək zəngin olmağa işarədir. Yuxuda qızıl görmək eyni zamanda qismətin, bəxtin açılması deməkdir. Qızıl, dövlətdən gələcək qazancı və borcun bitəcəyini göstərir. Bəzən isə, yuxuda qızıl görmək yuxu sahibin sevdiyi şəxsə qovuşması ilə yozulur.

Yuxuda qızıl görmək ümid, sağlamlıq kimi şərh olunur. Qızıl bolluğa, çətinliklərdən qurtulmağa işarədir.
Ümumiyyətlə, yuxuda qızıl görmək xəyal sahibinin maddi cəhətdən çətinlik çəkməyəcəyinin xəbərçisidir.
Qızıl bilərzik böyük bir mirasın sizə qalacağının carçısıdır. Yuxularınızda qızıl üzük görmək isə hərəkətlərinizə görə yoldaşlarınız tərəfindən qınanılacağınızı bildirir.

Qızıl bıçaq yuxunun sahibinin cinayətə görə həbsxanaya girməsini ifadə edir.

Əgər yuxuda əlinizdə qızıl tutursunuzsa, bu bütün işlərdə uğur əldə edəcəyi kimi yozulur.

Gənc qadına yuxuda qızıl hədiyyə olunubsa, bu onun varlı amma tamahkar biri ilə evlənməyinə işarə edir.

Yuxuda qızılla dolu bir yer tapılıbsa, bu o deməkdir ki, sizə çətin eyni zamanda perspektivli iş tapşırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi